Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik edib
Noyabr 05
20:34
2025
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
"Zati-aliləri.
Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsinin beşinci ildönümü münasibətilə Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.
Bu tarixi gün Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi cəsarətin, birliyin və sarsılmaz qətiyyətin parlaq təcəssümüdür. Bu qətiyyətli Qələbə nəticəsində sevimli Şuşa şəhəri də daxil olmaqla Azərbaycanın əzəli torpaqları azad edilib.
Zati-aliləri, 2025-ci il noyabrın 8-də Bakıda Zəfər Günü ilə bağlı tədbirlərdə Sizinlə birlikdə iştirak etməyi səbirsizliklə gözləyirəm. Əminəm ki, səfərim xüsusilə də 2025-ci il iyulun 4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə görüşü zamanı əldə olunan mühüm razılıq çərçivəsində qarşılıqlı faydalı gündəliyimizi inkişaf etdirmək üçün gözəl fürsət yaradacaqdır.
Bu xoş fürsətdən istifadə edərək, Pakistanın qardaş xalqlarımızın rifahı naminə əlaqələrimizi çoxşaxəli, qarşılıqlı faydalı strateji və iqtisadi tərəfdaşlıq səviyyəsinə yüksəltmək əzmində olduğunu bir daha vurğulayıram.



