SON XƏBƏR

"Sakinlərə hesabat verməli deyiləm" - "Uğur Yaşam" MMC-nin yığdığı pullar hara gedir?

Yanvar 09
10:02 2026
Paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən və "Akkord binaları" kimi tanınan yaşayış kompleksinin sakinləri binanı idarə edən şəxslərin fəaliyyətindən narazıdırlar.

Vətəndaşların iddialarına görə, ödədikləri kommunal xidmət pullarının hara xərcləndiyi barədə onlara heç bir məlumat verilmir.

Sakinlərdən biri bildirib ki, hər ay onlardan 25-30 min manat aralığında vəsait yığılmasına baxmayaraq, kompleksdə xidmət səviyyəsi qənaətbəxş deyil: "Kommunal ödənişləri yığırlar, amma əraziyə baxılmır. Liftlər bərbad vəziyyətdədir. Qarajın qiyməti də artırılıb".

Digər vətəndaş isə üçüncü binada liftin, ümumiyyətlə, olmadığını söyləyib: "Belə vəziyyətdən bezmişəm, bunların əlindən infarkt keçirmişəm".

Məsələ ilə bağlı binanın komendantı Anar Məmmədov qeyd edib ki, yığılan vəsaitin hesabatı vətəndaşlara təqdim olunmalı deyil: "Toplanan pulların hesabatını bu kompleksi mənə həvalə edən şirkətə təqdim edirəm. Sakinlərə bu barədə məlumat vermək borcum yoxdur".

Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook