SON XƏBƏR

Şakir Qəribov: “De Byazi yaxşı işləsin ki, hansısa oyunda üstün olduğunu deyək”

İyun 19
12:52 2023
Azərbaycanın tanınmış mütəxəssilərindən olan Şakir Qəribov millimizin AÇ-nin seçmə mərhələsində Estoniyaya qarşı keçirdiyi oyunla bağlı fikirlərini bölüşüb.

O, Qaynarinfo-ya açıqlamasında nəticədən narazı qaldığını bildirib:

"Əlbəttə, belə nəticə kimin xoşuna gələr? Evdə ən yaxşı şans idi ki, Estoniyanı məğlub edək. Heç olmasa özümüzlə eyni gücdə olan rəqiblə oyunda qələbə qazanmalı, onlardan üstün oynamalı idik. Heç-heçə ilə bağlı yaxşı nə demək olar ki? Təbii ki, əvvəlcədən bu nəticəni düşünmürdüm. Həmişə istəmişəm ki, komandamız qələbə qazansın. İkinci hissədə yaxşı qol vəziyyətləri oldu, ancaq istifadə edə bilmədilər. İlk hissədə onlar bizdən daha üstün idi. Demək istədiyim odur ki, evdə oynayırdıq, üstünlük bizdə olmalı idi. Üç xal qazanmaq, onlardan irəlidə olmaq haqqımız idi. Çünki demək olar, eyni səviyyəli komandaalr idi. Səviyyə o zaman yüksək olar ki, futbolçularımız yaxşı klublarda, ölkə xaricində oynasın. Bizdə kim var ki? Renat Dadaşovdur, Mahir Emrelidir, Anton Krivotsyukdur. Səviyyəli oyunçularımız azdır”.

"De Byazi getməlidirmi” sualına mütəxəssis belə cavab verdi: 

"Bu bizim işimiz deyil. Azərbaycanlıyıq, istəyərik ki, kimin işləməsindən asılı olmayaraq millimiz yaxşı oynasın, xarici klublarda futbolçularımız olsun, Avropaya səs salaq. Hamımızın arzusu budur. Belə baxanda De Byazinin millimizə nəsə verdiyi görünmür. Görünsə, "gözə girər” də, düz deyil? Yaxşı işləsin ki, görünsün, biz də hansısa oyunda üstün olduğunu deyək. Bu uzun məsələdir, deməyim odur ki, nəticə yoxdur. İş varsa, nəticə də olardı. Elə bir dönəm oldu ki, komanda oynadı, 5 oyun ardıcıl nəticə qazandı. Ancaq o, başqa yarış idi. Bəlkə də başqa yığmalar oyunçularını yoxlayırdılar. Ancaq Avropa çempionatı fərqlidir. Hər xalın öz reytinqi var. Ona görə də bu yarış daha ciddidir, nəinki, 5 oyun ardıcıl qələbə qazandıqları çempionat”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook