SON XƏBƏR

Şarl Mişel Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşmanı alqışladı

Dekabr 08
04:39 2023
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistan birgə açıqlamasını alqışlayıb.

Bu barədə siyasətçi sosial şəbəkədə yazıb.

"Xüsusilə də saxlanılanların azad edilməsi və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır.
İndi liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”, – o qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook