SON XƏBƏR

Şarli Hebdo ölən rusları elə təhqir etdi ki... - Karikatura

Dekabr 29
09:08 2016
Fransanın satirik jurnalı "Şarli Hebdo” (Сharlie Hebdo) Rusiya təyyarəsi Tu-154-ün qəzaya düşməsi və 92 nəfərin həlak olmasına karikaturalar həsr edib.
 
Jurnalın yeni sayında bu faciə barədə dərc edilən karikaturalardan biri Aleksandrov adına hərbi ansamblla bağlıdır. Həlak olan ansambl üzvlərinin suyun altında "xor ifası” təsvir edilib.
 
Digər karikaturanın altında isə Tu-154-də Rusiyanın birinci şəxsinin olmadığı barədə "pis xəbər” oxuculara çatdırılır.
 
Növbəti karukaturada həlak olanlara qarşı növbəti istehza əksini tapıb. Qəza zamanı bir uniformalının notla oxuması göstərilib və sərnişinlərin qışqırığı təsəvvürü ilə bu sözlər yazılıb: "Qırmızı ordu xorunun repertuarı genişlənir”.
 
Karikaturalar Rusiyada şok effekti yaradıb.(Axar.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook