SON XƏBƏR

Saxta sənədə görə iki klub rəsmisi 3 illik futboldan uzaqlaşdırıldı

Dekabr 26
16:39 2025
Azərbaycanda üç nəfər müxtəlif müddətlərdə futboldan uzaqlaşdırılıb.

Qlobal.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Region Liqasında iştirak edən "Bakı" TFK komandasının rəsmisi İsmayıl Hüseynzadə tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbola aid istənilən fəaliyyətdə iştirak etməsinə qadağa qoyulub.

Eyni turnirdəki "Çinar-Zəngilan"ın idman direktoru Anar Dünyamalıyev tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbola aid istənilən fəaliyyətdə iştirakı qadağan edilib.

Bundan əlavə, "Bakı" TFK-nın icraçı direktoru Rövşən Mustafayev lisenziyaların alınması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün onun 1 il 6 ay müddət ərzində futbola aid istənilən fəaliyyətə qatılması qadağan olunub.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook