Səfirin qatili onun evində yaşayıb – Foto
Dekabr 21
00:00
2016
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu rəsm sərgisində güllələyərək öldürən Mövlud Mərd Altındaşla bağlı yeni detallar ortaya çıxıb.

Qlobal.az Avropa.info-ya istinadla xəbər verir ki, qatilin daha əvvəl "Today’s Zaman” qəzetinin Ankara nümayəndəliyini təmsil edən, hal-hazırda axtarışda olan
FETÖ üzvü Abdullah Bozkurdun evində yaşadığı müəyyən edilib.
Xatırladaq ki, Abdulla Bozqurdun qətldən üç gün öncə "Türkiyədə konsulluqlar artıq nə üçün təhlükəsiz deyil?" adlı məqalə dərc etdirmişdi. Bozqurdun məqaləsindən 3 gün keçməmiş Rusiyanın Ankara səfiri Andrey Karlovun öldürülməsi böyük diqqətə səbəb olub.
Abdulla Bozqurd məqaləsində qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Qərb dövlətlərinə qarşı sərt çıxışları islamçı muzdlu qatilləri xarici səfirliklərə yönəldəcək. O, həmçinin iddia edib ki, Ankara və İstanbuldakı səfirliklərin qarşısındakı aksiyaların əksəriyyətini Əl Qaidə terror təşkilatının tərəfdarları həyata keçirir.




