SON XƏBƏR

Səməd Seyidovun qalmaqallı kürəkəni "Umico“ rəhbərliyindən çıxarıldı: YENİ TƏYİNAT+ŞOK SƏBƏB

Yanvar 14
14:59 2026
"PASHA Holding” MMC-nin tərkibində fəaliyyət göstərən onlayn ticarət platforması "Birmarket”ə (əvvəlki adı Umico) yeni direktor təyin edilib.

7NEWS.az xəbər verir ki, "PashaPay” MMC-nin sabiq sədri Samir Məmmədov Sabir oğlu, "Competo” MMC-nin, yəni "Birmarket”in direktoru təyin edilib.

Samir Məmmədov bu vəzifədə Rauf Qulaməliyev İlham oğlunu əvəz edib. Qeyd edək ki, "Competo” MMC 2018-ci ildə təsis edilib və hazırda şirkətin 178.38 milyon manat nizamnamə kapitalı mövcuddur. "Birmarket” platforması istifadəçilərə müxtəlif kateqoriyalar üzrə məhsulların onlayn sifarişi, çatdırılması və loyallıq proqramları vasitəsilə alış-veriş imkanı təqdim edir.

Redaksiyamıza daxil olan digər məlumata görə Rauf Qulaməliyev "Umico" rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı iddialar üzə çıxıb. İddiaya görə onun öz işçisi ilə, iş otağında, qeyri-etik hərəkətləri ifşa edilib. Hadisə ilə bağlı şirkətə rəsmi sorğu göndərmişik. Cavab alınandan sonra yazını oxucularımıza təqdim edəcəyik.(7NEWS.az)

Qlobal.az 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook