SON XƏBƏR

Separatçı Abxaziyada "'referendum'' baş tutmayıb

İyul 11
12:30 2016
Separatçı "Abxaziya Respublikası"nda erkən prezident seçkilərinin keçirilməsinə dair referendum baş tutmayıb.
 
APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermədə yekun seçici fəallığı tələb olunan 50%-ə qarşı 1,23% təşkil edib.
 
"Mərkəzi Seçki Komissiyası"nın sədri Batal Tabaqua bildirib ki, belə olan halda "referendum" baş tutmamış sayılır.
 
Qeyd edək ki, növbədənkənar "prezident seçkiləri" tələb edən "müxalifət" iyulun 5-də aksiya keçirərək, referendumun payızda keçirilməsini istəyirdi.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook