SON XƏBƏR

Serbiyada keçirilən prezident seçkilərində baş nazir qalib gəlir

Aprel 03
00:11 2017
`Serbiyada keçirilən parlament seçkiləri ilə əlaqədar təşkil olunan "exit-poll”un nəticələri açıqlanıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, "exit-pol”un nəticələrinə əsasən, seçkidə ölkənin baş naziri Mladen Vuçiç 58,1%-ilə qalib gəlir.
 
İkinci yerdə Serbiyanın sabiq ombudsmanı Saşa Yankoviç (13,8%), üçüncü isə gənc siyasətçi Luka Maksimoviçdir (9,3%). Ümumilikdə, seçkilərdə 11 namizəd iştirak edir.
 
Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz. Serbiya Konstitusiyasına əsasən, səsvermənin yekun nəticələri seçki məntəqələrinin bağlanmasından sonra 4 gün ərzində açıqlanmalıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook