Şərurlu İsfəndiyar "dələduz" sözünə görə bəraət aldı
Dekabr 26
13:55
2025
"Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmə işdə cinayət tərkibi olmadığını əsas gətirərək, İsfəndiyar Axundova bəraət verilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında "Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İsfəndiyar Axundov müsahibəsində Emil Səməndərovu dələduz kimi təqdim edib.