SON XƏBƏR

Səttar Bəhlulzadənin 650 işi onlayn satışa çıxarılıb - Nazirliyinin bundan xəbər varmı?..

Yanvar 09
11:51 2023
Tolğa Oğuz adlı birisi Azərbaycanın məşhur rəssamı Səttar Bəhlulzadənin 650 əsərini onlayn satışa çıxarıb…

PİA.az xəbər verir ki, haqqında heç bir məlumat verilməyən və Türkiyə vətəndaşı olduğu ehtimal olunan Tolğa Oğuz adlı birisi eBay onlayn satış resursunda Azərbaycanın məşhur rəssamı Səttar Bəhlulzadənin 650 sənət əsərini satışa çıxarıb.

Bu məlumatın nə qədər doğru olub-olmadığnı təsdiq edə bilmərik. Lakin satışı çıxarıldığı iddia olunan rəssamın əsərləri Azərbaycanın mədəni sərvəti olduğunu nəzərə alarsaq, Mədəniyyət naziri təcili qaydada bu məsələni araşdırıb ictimaiyyətə açıqlama verməlidir.

Hər şeydən əvvəl əgər doğrudan da Tolğa Oğuz adlı birisinin əlində Səttar Bəhlulzadənin 650 əsəri varsa, bunun necə baş verdiyi araşırılmalı, hər şeydən əvvəl isə həmin əsərlər Azərbaycana qaytarılmalıdır.

Gün ərzində məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən açıqlama almağa çalışacağıq.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook