SON XƏBƏR

Səudiyyə şahzadəsi güllələnərək öldürüldü

Noyabr 07
01:25 2017
Səudiyyə Ərəbistanının keçmiş kralı Fahdın oğlu şahzadə Əbdüləziz ibn Fahd təhlükəsizlik qüvvələri ilə baş verən silahlı atışmada öldürülüb.
 
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Federal Tədqiqatlar Bürosunun sabiq əməkdaşı Əli H. Sofan Tvitter hesabında yazıb.
 
Onun sözlərinə görə, 44 yaşlı şahzadəni həbs etmək üçün gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ilə onun mühafizəçiləri arasında silahlı atışma yaşanıb.
 
Bu zaman Fahd aldığı güllə yarasından hadisə yerindəcə keçinib.
 
Əbdüləziz ibd Fahdın ölüm səbəbi hazırda dəqiq bilinmir. Bəzi mənbələr onun ürəktutmasından öldüyünü iddia edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook