“Sevdiyim qızı mənə vermirlər...” - Ərdoğandan kömək istədi
May 21
10:40
2016
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədə səfərdə olan zaman bir gənc ondan maraqlı yardım istəyib.
"Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Rizəyə səfəri zamanı Ərdoğan gənclərlə görüşüb, söhbət etməyə çalışıb. Bu zaman Yəhya Çağlar Axarsu adlı bir gənc prezidentə yaxınlaşaraq ondan yardım istəyib. O, sevdiyi qızı istəsə də ailəsinin vermədiyini bildirib və Ərdoğandan qıza elçi getməsini xahiş edib.
Ərdoğan isə gəncə zamin olduğunu bildirirərək yanındakılardan Axarsuya kömək etməyi tapşırıb.
Qlobal.az



