SON XƏBƏR

Sevindik Hətəmov xanım müavinini işdən çıxardı

Oktyabr 09
11:22 2025
Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının xanım müavini işdən çıxarılıb. 

Qaynarinfo-nun məlumatına görə, icra başçısı Sevindik Hətəmovun əmri ilə Xuraman Baba qızı Məmmədova İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub. 

Qeyd edək ki, Xuraman Məmmədova 04.06.2020-ci il tarixində Hacıqabul rayon 10 nömrəli məktəbin direktoru vəzifəsindən azad edilərək, icra başçısının müavini təyin olunmuşdu. O, işdən çıxarıldıqdan sonra Hacıqabul rayonunda məktəblərin birinə direktor müavini təyin edilib. 

Qlobal.az 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook