Şeyxin mühafizə rəisi Mübariz Mənsimovun stadionunu aldı
Dekabr 09
13:38
2025
Masallıda yerləşən Anatoli Banişevski adına stadionun kim tərəfindən satın alınması müəyyənləşib.
Stadionu satın alan şəxs yerli iş adamı Səxavəddin Sadıqovdur.
Əslən Masallıdan olan S.Sadıqov uzun müddət xüsusi xidmət orqanlarında çalışıb. İstefada olan polkovnik Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Mühafizə xidmətinin rəisi olub.
O, eyni zamanda Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.
S.Sadıqov həm də 20 Yanvardakı "Ləvəngi” restoranının sahibidir.
Qeyd edək ki, sözügedən stadion 2012-ci ildən Mübariz Mənsimovun rəhbəri olduğu "Palmali”yə məxsus idi. 2014-cü ildən stadionda təmir məqsədilə söküntü işləri başlasa da, sonradan yarımçıq qalmışdı.
Mənbə:Teleqraf.Com
Qlobal.az



