SON XƏBƏR

Şimali Koreya daha üç ballistik raket buraxdı

İyul 19
18:15 2016
Şimali Koreya növbəti dəfə ballistik raketləri sınaqdan keçirib.

APA-nın verdiyi xəbərə görə, Yapon dənizinə doğru daha üç ballistik raket buraxılıb

Sınaqların nəticələri barədə məlumat verilmir. İlkin ehtimala əsasən, hərbçilər 300-700 kilometrdən hədəfi vura bilən "Scud” raketlərini sınaqdan keçiriblər.

Şimali Koreya ilin əvvəlindən Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb. Bununla bağlı BMT Təhlükəsizlik Şurası martın əvvəlində KXDR-ə qarşı yeni sanksiyalar paketini yekdilliklə qəbul edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook