Şimali Koreya “super” döyüş başlıqlı raketini sınaqdan keçirib
![](https://qlobal.az/photo/680x365/2024-04/1713600893_3cab2a67-060b-47f3-98c6-834046a5d4b5.jpg?1722055265)
Aprel 20
12:13
2024
Sanksiyalara baxmayaraq, nüvə silahı istehsalı və ballistik raket sınaqlarını davam etdirən Şimali Koreya dünyaya növbəti dəfə meydan oxuyub.
"AzPolitika” xəbər verir ki, Pxenyan "super” döyüş başlığına malik "Pyoljji-1-2” adlı yeni raketini sınaqdan keçirib.
Məlumta görə, sözügedən sınaq Şərq dənizi istiqamətində baş tutub. Bildirilib ki, sınaq silahların hazırlanması işinin tərkib hissəsidir və regional təhlükəsizliklə bağlı heç bir əlaqəsi yoxdur.