SON XƏBƏR

Sindzo Abe yenidən Yaponiyanın baş naziri seçilib

Noyabr 01
16:24 2017
Sindzo Abe yenidən Yaponiyanın baş naziri seçilib.
 
"Report” TASS-a istinadən xəbər verir ki, o, 2021-ci ilədək hökumətə rəhbərik edəcək.
 
S.Abe II Dünya müharibəsindən sonra Yaponiya tarixində hakimiyyətdə ən uzun müddət qalan baş nazirdir. O, bu sahədə rekord vurub.
 
Qeyd edək ki, S.Abe 1954-cü il sentyabrın 21-də Yaponiyanın Naqato bölgəsində doğulub. O, ölkəsinin 90-cı baş naziri kimi 2006-2007-ci illərdə Yaoniya hökumətinə başçılıq edib. Bir ildən sonra istefa verib. 2012-ci il keçirilən seçkidə S.Abenin başçılıq etdiyi Liberal Demokrat Partiyası qalib gəlib. Həmin il dekabrın 26-da o, yenidən Yaponiyanın baş naziri seçilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook