SON XƏBƏR

Şinzo Abe ABŞ-ın Şimali Koreyaya qarşı kəskin mövqeyini yüksək qiymətləndirib

Aprel 07
00:24 2017
Yaponiyanın Baş naziri Şinzo Abe Prezident Donald Trampa deyib ki, o, Şimali Koreya ilə bağlı problemin həlli üçün bütün variantların mümkünlüyü barədə ABŞ-ın nümayiş etdirdiyi mövqeyi yüksək qiymətləndirir.
 
NHK telekanalının verdiyi məlumata görə, aprelin 6-da iki ölkə lideri arasında 30 dəqiqəlik telefon danışığı olub. Bu, Şimali Koreya tərəfindən növbəti ballistik raketin sınağından bir gün sonra baş verib. Telefon danışığı zamanı Ş.Abe raket buraxılışını tənqid edib. O, bəyan edib ki, ABŞ-ın belə qəti mövqeyi fonunda Yaponiya Pxenyanın gələcək təxribatlardan çəkinməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməsinə təkid edəcək.
 
Danışıq zamanı, D.Tramp bir daha təsdiq edib ki, ABŞ Yaponiyanın təhlükəsizliyinin təmin edilməsinə sadiq qalacaq və ölkəsi Asiyadakı müttəfiqlərinin – Yaponiya və Cənubi Koreyanın dəstəyi sayəsində özünü daha qətiyyətli hesab edir.
 
ABŞ Prezidenti D.Tramp vəd edib ki, Çin lideri ilə keçiriləcək yüksək səviyyəli görüş zamanı o, Si Cinpini Pxenyanın hərəkətlərinin qarşısını almaq üçün daha ciddi addımlar atmağa çağıracaq. (Azərtac)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook