SON XƏBƏR

“Siyahını Məhəmməd peyğəmbər yoxlayacaq…”

Avqust 05
08:43 2016
Malatyada "silahlı terror təşkilatına qoşulma” maddələri ilə təqsirli bilinən 10 şübhəli məhkəmə qarşısına çıxarılıb.
 
Axar.az xəbər verir ki, məhkəmədə ifadə verən şübhəlilərdən biri Məhməd Tanrıverdi təşkilatın "Hümmət” adı altında topladığı yardımlar barədə məlumat verib.
 
FETÖ ilə ilk tanışlığının "Zaman” qəzetinə işə düzəldiyi vaxt baş verdiyini deyən Tanrıverdi 3 il qəzet payladığını, kod adının isə "Haqverdi” olduğunu etiraf edib:
 
"Təşkilatda sürücülük edirdim, hərdən çay da paylayırdım. Etibarlarını qazandıqdan sonra camaatın necə bir təşkilat olduğunu, "hümmət” və "burs” adı altında yığılan pulların kimlər tərəfindən toplandığını, hara göndərildiyini görmüşəm. FETÖ Türkiyəni İstanbul, Ankara, İzmir, Qaziantep və Ərzurum olmaqla 5 hissəyə bölmüşdü. Malatya, Elazığ, Tunceli, Bingöl, Diyarbəkir, Muş, Hakkari, Şırnak, Şanlıurfa, Adıyaman, Kilis, Adana, Osmaniyə, Hatay və Mersin Qaziantepə bağlı idi.
 
Vilayət imamları hər ayın son günü toplantı keçirirdi. Ayrıca, İstanbulda bölgə və rayon imamlarının iştirakı ilə Coşqun kolleci və Fateh Universitetində iki ayda bir toplantı keçirilirdi. Burada xaricdəki məktəblərə nə qədər pul göndəriləcəyi hesablanır, mühüm qərarlar verilirdi.
 
Mən ilk dəfə Turqut Özal Liseyində keçirilən toplantıda iştirak etdim. Orada təşkilatın nüfuzlu adamları var idi. Təxminən 400 nəfərin qatıldığı toplantıda İstanbuldan adını Əli Rza T. olaraq xatırladığım yaşlı bir şəxs çıxış etdi. Çıxışında o, "Hümmət siyahısı”nda hər kəsin adının olmasının vacibliyindən danışdı. Həmin şəxs bu siyahının axirətdə Məhəmməd peyğəmbər tərəfindən şəxsən yoxlanılacağını, siyahıda adı olmayanların çox peşmanlıq keçirəcəyini dedi.
 
Duyğusal video-çarxdan sonra salonun çıxış qapsının yanında olan masada hər kəs "Hümmət” pulu verib çıxırdı. Hətta bəzi qadınlar üzüklərini çıxarıb stolun üstünə qoyurdular”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook