SON XƏBƏR

“Sizi əmin edə bilərəm ki, Emin “Neftçi”də qalmaq istəyir”

Mart 06
10:12 2023
"Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf kapitan Emin Mahmudovun komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, rumıniyalı mütəxəssis "Turan Tovuz”la bu gün keçirilən oyundan (4:0) sonra mətbuat konfransında bu haqda sualı cavablandırıb. O, Eminin "Neftçi”dən ayrılmaq fikrində olmadığını deyib:

"Sizi əmin edə bilərəm ki, Emin komandada qalmaq istəyir. Mənim də arzum budur. O, peşəkar futbolçudur. Bu cür xəbərlərlə çox qarşılaşıb. Bu haqda çox danışmalı deyilik. Eminin üzərində təzyiq yaratmalı deyilik. O, özü və ailəsi üçün ən yaxşı qərar nədirsə, onu seçəcək”.

Qeyd edək ki, 2017-ci ildən "Neftçi”də çıxış edən Emin Mahmudovun klubla müqaviləsi bu ilin iyununa qədərdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook