“SOCAR”-ın ərazisində qanunsuz tikinti aparılır - VİDEO
Mart 04
20:22
2026
Binəqədi rayonu Mehdabad yolu 92 a ünvanında Turan küçəsi ilə kəsişmədə "SOCAR”-ın ərazisində qanunsuz tikinti işlərinin aparılması ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
AzFakt.com xəbər verir ki, sözügedən tikinti işlərinin aparılmasına dair aidiyyəti dövlət qurumlarının lazımi icazəverici sənədləri alınmadığı, tikinti işlərinin aparıldığı ərazinin qarşısında boruların keçdiyi, hətta ərazinin SOCAR -ın balansında olduğu, inşası həyata keçirilən tikiliyə aid müxtəlif işlər görülərkən normativ tələblərə riayət olunmadığı, ətraf ərazilərə xoşagəlməz səs-küy yayıldığı, yaxın yerlərdə yaşayan sakinlərin narazılıq etdikləri bildirilir.
Ətrafda yaşayan sakinlər görülən işlərin tikintiyə icazə alınmadan, şəhərin müvafiq ərazisinin memarlıq, estetik görünüşünə xələl gətirməklə, təhlükəsizliyə, eləcə də qanunvericiliyin digər tələblərinə riayət etmədən həyata keçirildiyini və qanunsuz tikintinin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edirlər.
Özbaşına tikintiyə SOCAR rəhbəri Rövşən Nəcəfin, Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin göz yumması isə müəammlıdır.
İddilara görə Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi icazə alınmayan sözügedən tikintinin inşasına Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev icazə verib.
Binəqədi rayonu Mehdiabad yolunda aparılan qanunsuz tikinti işləri artıq açıq-aşkar ictimai narahatlıq doğurur. Belə ki, neft pompasının qarşısında yeni tikilən qanunsuz obyektə betonlanma işləri aparılması heç bir təhlükəsizlik tədbirləri görülməməsi bir daha onu deməyə əsas verir ki, hər hansı bir təhlükə və yaxud xoşəgəlməz hadisə baş verməsi an məsələsidir.
Yol kənarında, heç bir məlumat lövhəsi, icazə sənədi olmadan sürətlə ucaldılan tikili bir sualı gündəmə gətirir: Bu özbaşınalığa kim icazə verib və aidiyyəti qurumlar niyə susur?
Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə, hər bir tikinti işi müvafiq icra hakimiyyəti orqanlarının razılığı və rəsmi sənədlər əsasında aparılmalıdır.
Lakin Binəqədi rayonunda gedən tikinti prosesində bu tələblərin heç birinə əməl olunmadığı göz önündədir.
Qlobal.az



