Spikerlərin Antalya görüşü: Tehran Ankara və Bakı ilə barışmaq istəyir?
Yanvar 09
13:43
2023
"Bu görüş 3 ölkə arasında ümumi iş birliyinin yaradılmasına və ölkələr arasındakı münasibətlərin yaxşılaşmasına xidmət edəcək”.
Bunu Qayraninfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Azərbaycan, Türkiyə və İran parlament sədrlərinin Antalyada olacaq üçtərəfli görüşünü şərh edərkən deyib. Politoloq bildirib ki, Politoloq bildirib ki, bu görüş ölkələr arasında ümumi iş birliyinin yaradılmasına və münasibətlərin yumşalmasına xidmət edəcək:
"Bir ay bundan öncə İran prezidentinin Türkiyəyə səfər edəcəyi gözlənilirdi. Amma bu görüş müəyyən səbəblərdən təxirə salındı. Lakin Türkiyədə 44 ölkədən ibarət Asiya Parlamentləri Assambleyasının yaradılması ilə bağlı toplantı keçiriləcək. Toplantı çərçivəsində İran parlamenti sədrinin Azərbaycan və Türkiyədən olan həmkarları ilə üçtərəfli görüşü də baş tutacaq.
Son dövrlər İranın Türkiyə və Azərbaycanla münasibətlərində müəyyən gərginliklər hiss olunmaqdadır. Belə olan vəziyyətdə 3 ölkənin parlament rəhbərlərinin görüşündən gərginliyin azaldılması istiqamətində müəyyən müsbət nəticələr gözlənilir. Düşünürəm ki, görüşdə 3 ölkə dövlət başçılarının regionda birgə fəaliyyət planının tərtib olunması istiqamətində bəzi addımlar atılacaq. Ümumiyyətlə, həmin görüşü gələcəkdə 3 ölkənin dövlət başçılarının birgə sammitinin keçirilməsi istiqamətində atılan addım kimi dəyərləndirmək olar. Görüş ölkələr arasında ümumi iş birliyinin yaradılmasına və münasibətlərin yumşalmasına xidmət edəcək”.
Qeyd edək ki, Antalyada Azərbaycan, Türkiyə və İran parlament spikerlərinin üçtərəfli görüşü keçiriləcək. Bu barədə məlumat verən İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Türkiyədə 44 ölkədən ibarət Asiya Parlamentləri Assambleyası yaradılacaq. Səfər çərçivəsində eyni zamanda Azərbaycan, Türkiyə və İran Parlament sədrlərinin üçtərəfli görüş keçiriləcək.