SON XƏBƏR

Strateji əhəmiyyətli obyektləri elektik enerjisi ilə təmin edən naqillər oğurlanıb - VİDEO

Dekabr 01
13:45 2022
Bakıda strateji əhəmiyyətli obyektləri elektik enerjisi ilə təmin edən naqillər oğurlanıb

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən strateji əhəmiyyətli obyektləri elektik enerjisi ilə təmin edən naqilləri kəsərək oğurlayan 3 nəfər saxlanılıb.

Əməliyyat zamanı Röyal Hüseynov, Hüseyn Bəbirov və Murad Quliyev tutularaq istintaqa təqdim ediliblər.

Onlar kəsdikləri naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.

Faktlarla bağlı toplanan materiallar Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Röyal Hüseynov, Hüseyn Bəbirov və Murad Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Onların paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına və ya Qaradağ Rayon Polis İdarəsinə məlumat verə bilərlər", - məlumatda qeyd olunub.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook