SON XƏBƏR

Süleyman Neymətov Naxçıvanın daxili işlər naziri təyin edildi

Dekabr 28
21:09 2022
Süleyman Əsgər oğlu Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.

Qlobal.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, polis polkovniki Süleyman Neymətov bu təyinatadək Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi vəzifəsində xidmət edirdi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook