SON XƏBƏR

Sülhəddin Əkbər: "Yeni qanun radikal qüvvələrin işinə yarayacaq"

Yanvar 23
14:52 2023
"Azad Demokratlar Partiyasının üzvləri yetərincə deyil, yeni "Siyasi partiyalar haqqında” qanunun tələblərində göstəriləndən azdır. Ona görə də bizim süni, saxta şəkildə üzvlərimizin sayını şişirtməyə ehtiyacımız yoxdur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib. Onun sözlərinə görə, yeni qanun onsuz da siyasətdən uzaq duran yeni nəsilin siyasətə gəlməsinin qarşısını alacaq:
 
"Partiyaların mahiyyət etibarı ilə fəaliyyətini maksimal dərəcədə minumuma endirmək istəyirlər. Bu bir növ şərti həbs cəzası almış insanların polis idarələrində hər gün gedib qeydiyyatdan keçməsinə oxşayır. Onsuz da Azərbaycanda insanlar siyasi fəaliyyətdən çəkinirlər. Belə bir şəraitdə kim siyasətə gələr? 

Biz bu qanuni anti-demokratik, anti-hüquqi hesab edirik və əlavə heç bir addım atmaq niyyətimiz də yoxdur. Yaranmış siyasi vəziyyəti digər dostlarımızla müzakirə edib, birgə addım atacayıq. Hələ  ki, bizim partiyada belə müzakirələr başlamayıb”. 
 
Sülhəddin Əkbər deyib ki, hər halda bu, Azərbaycan siyasi cəmiyyətdində radikallaşmaya və radikal qüvvələrin bir araya gəlməsinə səbəb olacaq:

""Bunun da Azərbaycanın xeyrinə olacağını düşünmürəm”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook