SON XƏBƏR

Sun Mi Park millimizə yeni baş məşqçi təyin olundu

Dekabr 29
16:49 2022
Taekvondo üzrə Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olub.

Federasiyadan Qaynarinfo-ya verilən məlumata görə, yığma cənubi koreyalı Sun Mi Parka həvalə edilib.

2014-17-ci illərdə də millinin "sükanı arxasında” olan təcrübəli mütəxəssisin qarşısına gələn il Bakıda keçiriləcək dünya çempionatında uğurlu çıxış, Paris-2024 Yay Olimpiya Oyunlarına maksimum lisenziya qazanmaq və Olimpiadada yaxşı nəticə qazanmaq hədəfi qoyulub. O, həmçinin gənc qız taekvondoçuların inkişafına öz dəstəyini verəcək.

Azərbaycan Olimpiadada yeganə medalı Parkın rəhbərliyi altında qazanıb. Taekvondoçularımız onun məşqçiliyi zamanı qitə çempionatı və Avropa Oyunlarında da mükafata yiyələnib.

Qeyd edək ki, Sun Mi Park bu postda Səbuhi Zülfüqarovu əvəzləyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook