SON XƏBƏR

Suriya müxalifəti Lavrovla görüşdən imtina etdi

Yanvar 27
00:56 2017
Suriya Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyası (SMİQMK) müxalifətçilərin yanvarın 27-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla keçiriləcək görüşündə iştirak etməyəcək.
 
APA-nın verdiyi xəbərə görə, bu barədə SMİQMK-nın yaydığı məlumatda bildirilir.
 
Lavrovun Suriya daxilində və xaricdə fəaliyyət göstərən müxalifətçilərdən ibarət nümayəndə heyəti ilə görüşəcəyi gözlənilir. Qeyd olunan SMİQMK Suriya hüdudlarından kənarda fəaliyyət göstərir.
 
Görüşdən imtinanın səbəbi açıqlanmır.
 
Məlumata görə, Moskva görüşünə 25 müxalifətçi dəvət olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook