Suriyada İŞİD-in “xəbər agentliyi”nin yaradıcısı məhv edilib
İyun 01
06:36
2017
Suriyada ABŞ-ın rəhbərliyi altında koalisiya təyyarələrinin endirdiyi hava zərbəsi nəticəsində İŞİD-in "Amaq” "xəbər agentliyi”nin yaradıcısı Rayan Meşaal məhv edilib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, zərbələr Deyr-əz-Zor əyalətində yerləşən Əl-Mayadin şəhərinə endirilib.
Məlumata görə, R.Meşaal ilə yanaşı onun qızı da ölüb. Qeyd edək ki, "Amaq” xəbər agentliyi İŞİD terror qruplaşmasının media qurumu kimi tanınır.