SON XƏBƏR

Şuşadakı məscidlərin bəzisi muzey ola bilər

Noyabr 22
12:18 2022
"Şuşada olan məscidlər əsasən aidiyyəti üzrə fəaliyyət göstərəcək. Çünki məscidin məscid funksiyası var".

"Report" xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, elə məscidlər var ki, onlardan muzey kimi də istifadə etmək mümkündür: "Bu da Şuşanın simasına əlavə gözəllik və yaraşıq verəcək".

S.Salahlı qeyd edib ki, azad edilmiş ərazilərdə dağıdılan tarixi-dini abidələrin hamısını mümkün qədər bərpa olunacaq: "Məsələ ondadır ki, ermənilər dünya ictimaiyyətinin qınağından çəkindiklərindən misal olaraq, Gövhərağa, Ağdam və digər məscidləri tam dağıda bilməyiblər. Həmin məscidləri dağıdıb bərbad günə salsalar da, yerlə-yeksan edə bilməyiblər. Elə məscidlər də olub ki, təməlinə qədər dağıdıblar. Həmin məscidləri yenidən bərpa etmək lazımdır. Dini ocaqları bərpa edəcəyik ki, yurd-yuvalarına qayıdan soydaşlarımız dini ibadətləri rahat edə bilsinlər".

Şuşadakı Qazançı və rus kilsəsinin aqibətinə də aydınlıq gətirən Dövlət Komitəsi sədrinin birinci müavini söyləyib ki, hər iki yerdə bərpa işləri davam edir: "Həmin yerlərdə də aidiyyəti üzrə tədbirlər keçiriləcək. Bütün Allah evlərinə hörmətlə yanaşırıq və oranı da məhz Allahın evi hesab edirik. Bizim ermənilərdən fərqimiz ondan ibarətdir ki, onlar üçün müqəddəs heç nə yoxdur. Onlar qarşısına çıxan hər şeyi dağıdıblar, kökündən silib aparıblar ki Azərbaycanın orada izi qalmasın. Lakin unudublar ki, tarix var və biz orada yaşamışıq".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook