Tacikistanda 13 min vəhabinin saqqalını qırxdılar
Yanvar 22
17:02
2016
Tacikistanda Orta Asiya ölkələrindən gələn "radikal islam"la mübarizə" iddiası ilə kütləvi saqqal qırxma əməliyyatı başlayıb.
Dövlət agentliyinin məlumatına görə, son həftələr ərzində "ölkəni yad təsirlərdən qorumaq tədbirləri” çərçivəsində polis 13 min kişinin saqqalını qırxıb.
Avropa.info xəbər verir ki, kütləvi saqqal taraşına saqqalalrı çox uzun yaxud köhnə modalı olması əsas gətirilib.
Bundan əlavə, polis 1700 qadını hicabını çıxarmağa nail olub. Hicab satan 169 mağaza da bağladılıb.
Tacikistan parlamenti keçən il doğulan uşaqlara ərəbcə adların verilməsini qadağan etmişdi.
Əhalisinin əksəriyyəti müsəlman olan bu ölkədə tək islamçı partiya sayılan "İslami dirçəliş” partiyası da qapadılmışdı.



