SON XƏBƏR

Taleh Məmmədov erməniyə qalib gəlməsindən danışdı: "Bayrağımızın yandırılması..."

Aprel 25
09:43 2023
İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması güləşçilərimiz üçün ikiqat məsuliyyət oldu və komandanın əhvali-ruhiyyəsinə, müsbət təsir etdi, idmançıları daha da ruhlandırdı

Qlobal.az "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa çempionatında gümüş medal qazandıqdan sonra Vətənə qayıdan Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Mükafatçısı olduğu Avropa çempionatının yarımfinal mərhələsində erməni güləşçi ilə görüşünə toxunan idmançı ona qarşı xüsusi taktika işlətdiyini söyləyib:

"Erməni ilə artıq dördüncü dəfədir qarşılaşıram. Özüm elə taktika seçdim ki, birinci seti aşağıda oturum, ikinci setdə bütün var gücümü qoyaraq qələbə qazanım. Elə qurduğum taktika ilə də getdim, rəqib bilirdi ki, bundan öncəki yarışda onu qaldırıb atmışam. Bilirdi ki, bunu yenə etmək istəyəcəyəm. Ancaq ondan müdafiə olunurdu deyə başqa fənd edəsi oldum. Belə oldu ki, başqa fənd üzərində işləmişdim, o fəndi icra edib qələbə çalaraq finala vəsiqə qazandım”.

T. Məmmədov karyerasının başa vurmaq niyyətində olduğunu də vurğulayıb:

"İrəlidəki dünya çempionatında isə qızıl medal qazanaraq karyeramı başa vurmaq istəyirəm”.

Eyni zamanda, İrəvanda Azərbaycan bayrağının yandırılmasına münasibət bildirən idmançı bunun komandanın əhvali-ruhiyyəsinə müsbət təsir etdiyini, güləşçiləri daha da ruhlandırdığını vurğulayıb: "Bu bizim üçün həm də ikiqat məsuliyyət idi. Biz onları udub sübut etmək istəyirdik ki, mübarizə belə olur”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook