"Teatr qurdular, indi də vicdansızlıq nümayiş etdirirlər” - Ərdoğan rəqibləri haqqında yazdı
May 18
15:08
2023
"Parlament seçkisinin Cümhur İttifaqının qələbəsi ilə başa çatması və prezident seçkisində yaranmış ciddi fərq Cümhuriyyət Xalq Partiyasının sədrinin və onun komandasının rahatlığını pozub”.
69 yaşlı siyasətçi qeyd edib ki, CHP rəhbərliyi mayın 14-də nəticələri bildiyi halda "qalib gəldik” teatrını təşkil edib: "Qutuların rəngi məlum olduqca, yalanları ortaya çıxdı. Buna baxmayaraq, nə seçicilərindən, nə də ictimaiyyətdən üzr istədilər”.
R.T.Ərdoğan bildirib ki, qarşı tərəf indi də insani dəyərlərə sığmayan hərəkətlər edir, onlara səs verməyən zəlzələ bölgəsinin insanlarına göndərdikləri humanitar yardımları dayandırıblar.
"Bu şəxslər zəlzələ bölgəsinə göndərdikləri yardımı kəsməkdən tutmuş, zəlzələ qurbanlarını otellərdən qovmağa qədər hər cür vicdansızlıq nümayiş etdirirlər. Mən hələ sosial şəbəkələrdəki çirkin kampaniyaları demirəm...
Bilirəm ki, yaxınlarını itirmiş ürəyi yaralı vətəndaşlarımız baş verənlərdən çox narahatdırlar. Hansı partiyaya səs verməsindən asılı olmayaraq, 85 milyon insanın hamısı bu fəlakətin kədərini yaşayır.
Heç kim narahat olmasın, heç bir vətəndaşımız bu şər qarşısında ümidsizliyə qapılmasın.



