SON XƏBƏR
  • Anar Əsədli həbs olunduLəğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən zərərçəkmiş şəx..
  • Qubadlı şəhərinin işğaldan azad edilməsindən 5 il ötürBu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümüdür. APA-nın məlumatına görə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əmə..
  • Sərdar Səfərova general-mayor rütbəsi və yüksək vəzifə verildiStrateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəisi təyin edilib. Qlobal.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Sərdar Süleyman oğlu Səfərov gət..
  • Madar Quliyev vəzifəyə təyin edildi"Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin baş direktoruna yeni müavin təyin edilib. Bu vəzifə Madar Quliyevə həvalə olunub.  Qeyd edək ki, M.Quliyev bundan öncə İnstitutun baş direktorunun..
  • Sahib Məmmədovdan müəmmalı əmr: 9 ay əvvəl təyin etdiyi müdiri işdən çıxardı"Bilgəh" Kardioloji Sanatoriyasının direktoru, kardioloq Afiyəddin Məmmədov tutduğu vəzifədən azad edilib. Qlobal.az xəbər verir ki, Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, bu barəd..
  • Putin İlham Əliyevə zəng etdiOktyabrın 24-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Qlobal.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat ..
  • Prezident yol təmirinə 2 milyon ayırdıYardımlı rayonunun Yardımlı–Deman–Arvana avtomobil yolu təmir ediləcək. Qlobal.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, iki min nəfər əhalini..
  • Vəkil Zabil Qəhrəmanov saxlanıldıGəncədə tanınmış vəkil saxlanılıb. APA-nın yerli bürosunun məlumatına görə, tanınmış vəkil Zabil Qəhrəmanovun ötən gün saxlanıldığı bildirilir. Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis ..
  • Bu sahədə vergidən azadolmaların müddəti artırılırMənfəət, əmlak və torpaq vergisindən azadolmalar və güzəştlərin siyahısı genişləndirilir. Qaynarinfo xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə edilən Vergi Məcəlləsin..
  • Tramp Kanada ilə ticarət danışıqlarının dayandırıldığını elan edibABŞ Prezidenti Donald Tramp Kanada ilə bütün ticarət danışıqlarının dayandırıldığını açıqlayaraq, Ottavanı rüsumlara qarşı saxta reklam yaymaqda ittiham edib. APA xəbər verir ki, Tramp bu barədə..

Təbrizli azarkeşlər erməni futbolçunun transferinə imkan vermədi

İyun 08
11:04 2016
Ermənistanın milli futbol komandasının müdafiəçisi Varazdat Aroyanın iki il müddətinə Təbrizin "Traxtur” klubuna dəvət edilməsi barədə razılaşmadan imtina olunub. 

Təbrizin "Traxtur” futbol klubunun icraçı direktoru Mustafa Acorlu özünün "İnstaqram” səhifəsində məlumat yayaraq, Aroyanı "Traxtur” klubuna dəvət etməkdən vaz keçdiklərini açıqlayıb.

Mustafa Acorlu bildirib ki, erməni futbolçu ilə müqavilə imzalanacağı barədə xəbər yayılandan dərhal sonra, "Traxtur” tərəfdarları onun "İnstaqram” səhifəsində məsələ ilə bağlı şərh yazaraq öz etirazlarını bildiriblər: "Mən əziz azərbaycanlıların vəhdəti üçün Təbrizə gəlmişəm. Məqsədim isə bütün şərəfli türklərin "Traxtur” ətrafında toplaşması və birliyidir. Ermənistanlı futbolçunun "Traxtur”a gəlişi bu vəhdət və birliyə xələl gətirə, onu təhdid edə bilərdi. Məhz buna görə də ermənistanlı futbolçunu satın almaqdan və onu klubumuza dəvət etməkdən vaz keçdik”.

Məsələyə Ermənistandan da reaksiya verilib. Ermənistanın "Alaşkert” klubunun qapıçısı Gevorq Kasparov yerli mediaya açıqlamasında bildirib ki, İranın futbol klubu "Traktor” erməni futbolçusu Varazdat Aroyandan azərbaycanlı və türkiyəli azarkeşlərin təzyiqi nəticəsində imtina edib. O iddia edib ki, Ermənistan milli yığmasının və "Pünik” komandasının oyunçusu V.Aroyandan imtina qərarı siyasidir. Yazıda bildirilir ki, əvvəlcə Təbriz klubu erməni oyunçunu dəvət edəcəyini bəyan etsə də, sonrakı gün müdafiəni gücləndirmək üçün başqa varianta əl atılacağını deyib. Erməni futbolçunun iddiasına görə, Aroyanın oyunlarını izləyirmiş və sonda onu "Traxtur”a dəvət etmək qərarı varmış. Amma azarkeşlərin tələbləri gözlənilməz olub. Təbriz klubundan əlini üzən Aroyan isə İranın "Padide” klubuna keçib. 

Qeyd edək ki, aprel döyüşlərindən sonra "Traxtur”un oyunları zamanı azarkeşlər "Qarabağ bizimdir, bizim olacaq”, "Azərbaycan var olsun, istəməyən kor olsun” şüarları ilə izdihamlı yürüşlər keçiriblər. 
 
(Musavat.com)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook