Tehran İrandakı münaqişəni BMT üçün "sonun başlanğıcı" adlandırıb
Mart 13
07:19
2026
İrandakı hazırkı müharibə BMT üçün "sonun başlanğıcı" olacaq.
"Report" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bildirib.
Bəqai "X"dəki hesabında yazıb ki, BMT Təhlükəsizlik Şurasının İranla bağlı dünənki qətnaməsi hüquqdankənar və tamamilə qanunsuzdur.
O bildirib ki, heç nə xalqın ayrılmaz özünümüdafiə hüququnu ləğv edə bilməz.
"Bu qətnamə BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsiplərini təhrif edir", - Bəqai bildirib.
İran XİN-in sözçüsü qeyd edib ki, heç bir ölkə ABŞ və İsrailin İrana qarşı qanunsuz müharibəsinə yardım göstərməməlidir.
"İrana qarşı davam edən bu təcavüz Fars körfəzi ölkələrinin ərazilərində yerləşdirilmiş Amerika hərbi bazaları və vasitələrindən istifadə edilmədən aparıla bilməzdi", - Bəqai vurğulayıb.



