SON XƏBƏR

Tələbə yataqxanasındakı yanğınla bağlı mühüm iddia: Qəza çıxışı bağlı olub

Noyabr 30
08:12 2016
Adana bələdiyyəsinin sədri Hüseyn Sözlü tələbə yataqxanasında baş verən yanğınla bağlı mühüm iddia irəli sürüb. 

Musavat.com-un məlumatına görə, bələdiyyə sədri binadakı qəza çıxışının bağlı olduğunu bildirib. Hüseyn Sözlü qeyd edib ki, yanğın baş verəndə tələbə qızlar qəza çıxışına qaçıblar, lakin çıxış bağlı olub. Qızlar binanın damının çökməsi nəticəsində elə həmin çıxış pilləkənlərində qalaraq həlak olublar. 

Qeyd edək ki, Adanada tələbə qızların yataqxanasında yanğın baş verib. Yanğın nəticəsində 11 tələbə qız və bir yataqxana işçisı həyatını itirib. 22 nəfər isə xəstəxanalara yerləşdirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook