SON XƏBƏR

Terrorçu PKK-nın Fransada​ nümayəndəliyi açılıb

May 24
10:03 2016
Terrorçu PKK qruplaşmasının Suriyadakı qolu "PYD"-nin Fransada nümayəndəliyi açılıb.
 
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, təmsilçiliyin açılışına Fransanın bəzi rəsmiləri də qatılıblar. Fransa polisi nümayəndəliyin açılmasına etiraz olaraq aksiyanın keçirilməsinə imkan verməyib.

Xəbərə görə, Türkiyəyə "terrorçuluğa qarşı mübarizədə sizinlə birlikdəyik" deyən Fransa terrorçu PKK qruplaşmasına yer verən 4-cü Avropa dövlətidir. Bundan əvvəl Almaniya, İsveç və Çexiya hökumətləri öz ölkələrinin ərazilərində terrorçu qruplaşmanın nümayəndəliyinin fəaliyyət göstərməsinə razılıq verib. 

Qeyd edək ki, PKK-çıların Rusiyada da nümayəndəliyi rəsmi olaraq fəaliyyət göstərir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook