Tərtərdə Şəhid bacısı acınacaqlı durumda yaşayır- FOTO

Fevral 10
11:40
2025
Tərtər rayonunun Hacıqərvənd (Kolanı) kəndində bir ailə acınacaqlı durumda yaşayır. Tribunainfo.az xəbər verir ki, bu barədə ictimai fəal Vüqar Sabiroğlu məlumat yayıb.
Vüqar Sabiroğlu qeyd edir ki, nənənin qardaşı 1994-cü ildə 19 yaşında Şəhid olub. "Qızının səhhətində ciddi problem olmasına və ailənin acınacaqlı vəziyyətinə baxmayaraq, nə qızın əlillik dərəcəsi var, nə də ki, ailə ünvanlı sosial yardım ala bilir”.
O bildirib ki, ailənin vəziyyətini şəxsən gedib görüb. "Ürəkparçalayan durumdadırlar. Düşündüm ki, onlar haqqında paylaşım edib, yığışıb onlara əhəmiyyətli yardım edək”.
İctimai fəal ailəyə yardım edilməsi üçün kampaniya başlatdıqlarını da qeyd edib. O bildirib ki, Şəhid bacısının yaşadığı evdə hamam belə yoxdur. "Qaldıqları yerə ev demək mümkün deyil. Kiçik bir barakdır. Hamam belə yoxdur. Yuyunmaq üçün həyətdə ocaq qalayıb, su qızıdırmalı olurlar. Kimin gücü çatırsa, Kapital bankdakı 5239 1517 0118 7042 hesabına pul köçürə və ya ailəyə isti geyim, uşaq üçün ləvazimatlar və gücü çatandan göndər bilər”.
