Tramp bu gün müşavirləri ilə görüşəcək – Ukraynaya yardımların dayandırılması müzakirə olunacaq

Mart 03
11:39
2025
ABŞ Prezidenti Donald Tramp bu gün dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset də daxil olmaqla, milli təhlükəsizlik üzrə yüksək səviyyəli köməkçiləri ilə görüşəcək.
"The New York Times” qəzetinin yazdığına görə, Tramp administrasiyasının rəsmisi bildirib ki, görüşdə Ukrayna ilə bağlı bir sıra siyasət variantları nəzərdən keçiriləcək və bəlkə də bu barədə hansısa addım atılacaq.
"Bunlara Amerikanın Ukraynaya hərbi yardımının dayandırılması və ya ləğv edilməsi, o cümlədən Co Baydenin prezidentliyi dövründə təsdiq edilmiş və ödənilmiş ən son döyüş sursatı və texnikası daxildir”, - nəşr yazır.