Tramp impiçmentə cəhd edən konqresmenlərin Konqresdən çıxarılmasını tələb edib

May 02
09:03
2025
ABŞ Prezidenti Donald Tramp ona qarşı impiçment prosedurunu başlatmağa çalışan Demokrat Partiyasının iki konqresmeninin Konqresdən xaric edilməsini tələb edib.
"Demokratlar həqiqətən də nəzarətdən çıxıblar. Onlar hər şeyi, xüsusən də ağıllarını itiriblər! Bu radikal solçu axmaqlar "impeçment”ə başlamaq istəyirlər. İki naməlum və hörmətsiz konqresmen, iyirminci dəfə Donald Trampın "impiçment edilməsi” məsələsini qaldırırlar. Halbuki bunun səbəbi barədə özləri də bir şey bilmirlər", – deyə Tramp qeyd edib.