Tramp Maduroya Venesueladan getməsi üçün 1 həftə vaxt verib
Dekabr 02
09:04
2025
ABŞ Prezidenti Donald Tramp noyabrın 21-də venesuelalı həmkarı Nikolas Maduro ilə telefon danışığı zamanı ondan ölkəsindən bir həftə ərzində getməsini tələb edib.
"Report"un xəbərinə görə, bu barədə "Reuters" yazıb.
Agentliyin məlumatına görə, Maduro ailə üzvlərinə bütün ABŞ sanksiyalarının ləğvi də daxil olmaqla tam hüquqi əfv veriləcəyi təqdirdə ölkəni tərk etməyə hazır olduğunu bildirib.
Maduro həmçinin Beynəlxalq Cinayət Məhkəməsində ona qarşı aparılan proseslərin dayandırılmasını və ABŞ-nin Venesuelanın 100 rəsmisinə qarşı sanksiyalarının ləğv olunmasını tələb edib. Bundan əlavə, o, həmçinin vurğulayıb ki, Venesuelanın icraçı Vitse-prezidenti Delsi Rodriqez yeni seçkilər keçirilənə qədər keçid hökumətinə rəhbərlik etməlidir.



