Tramp Rusiya ilə danışıqlara başladı
May 11
10:10
2017
ABŞ prezidenti Donald Tramp və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ağ evdə görüş keçiriblər.
"Qaynarinfo" "Ria Novosti"yə istinadən xəbər verir ki, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak və ABŞ xaric işlər naziri Reks Tillersonun da iştirak etdiyi görüşdə tərəflər Suriya və Ukraynadakı vəziyyət, ABŞ-Rusiya əlaqələrini müzakirə edib. Suriya ilə bağlı yekun qərara gəlməyin vacibliyi bu görüşdə də vurğulanıb.



