SON XƏBƏR

Tramp Rusiya və Çinlə birgə işləməyə razıdır

Yanvar 15
00:10 2017
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyir ki, Rusiya və Çin onunla işləməyə hazırdırsa, o da bu ölkələrlə əməkdaşlıq etməyə hazırdır.

Cənab Tramp Wall Street Journal qəzetinə bildirib ki, Rusiyaya qarşı tətbiq olunmuş yeni sanksiyalar "heç olmasa bir müddət" qüvvədə qalacaq amma bundan sonra qaldırıla bilər.
 
O həmçinin deyib ki, onun rəhbərliyi altında ABŞ-ın "Vahid Çin" siyasəti dəyişə bilər. "Vahid Çin" siyasətinə görə, ABŞ Çinin separatçı əyaləti kimi baxdığı Tayvan adasındansa Çinlə rəsmi əlaqələr saxlayır.

Bu arada ABŞ Senatının komitəsi, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ittihamlarına baxacaq.
 
Müsahibə zamanı cənab Trump deyib ki, İslamçı ifratçılığa qarşı mübarizədə və digər məsələlərdə rəsmi Moskva Washington-a yardım göstərsə, Rusiyaya qarşı sanksiyalar qaldırıla bilər.

"Əgər siz yola gedirsinizsə və Rusiya bizə həqiqətən kömək edirsə, əgər kimsə həqiqətən əla işlər görürsə sanksiyalar nəyə lazımdır?"

O deyib ki, prezident Vladimir Putinlə görüşəcəyinə ümid edir (BBC).





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook