Tramp: Ukrayna sülh sazişi bağlamalı olacaq, çünki başqa seçimi yoxdur

Mart 07
05:32
2025
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna sülh sazişi ilə razılaşmalı olacaq, çünki onun başqa seçimi yoxdur.
Onun sözlərinə görə, Rusiya da sazişə imza atmaq istəyir.
APA "CBS News”a istinadən xəbər verir ki, amerikalı lider bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
"Ukrayna sövdələşmə bağlamaq istəyir, çünki onların seçiminin olmadığını düşünürəm”, - Tramp qeyd edib.