Tramp: "Ukraynada seçki keçirilməlidir"
Dekabr 09
16:59
2025
ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna seçkilər keçirməlidir.
Qaynarinfo xəbər verir ki, o, bunu "Politico”ya verdiyi müsahibədə deyib.
Jurnalistin "Sizcə Ukraynada seçkilərin keçirilməsinin vaxtı çatmayıbmı” sualına Ağ Evin rəhbəri müsbət cavab verib.
"Bəli. Məncə, bəli. Uzun müddət keçib... İşlər yaxşı getmirdi. Bəli, düşünürəm ki, vaxtıdır. Bu, seçkilərin keçirilməsi üçün vacib vaxtdır”, – deyə ABŞ prezidenti qeyd edib.
O həmçinin bildirib ki, Ukraynada guya seçkiləri keçirməmək üçün "müharibədən istifadə edirlər”.
"Onlar müharibədən istifadə edirlər ki, seçkilər keçirməsinlər, amma məncə, Ukrayna xalqının belə bir seçimi olmalıdır. Ola bilsin ki, Zelenski qalib gələrdi. Bilmirəm, kim qalib gələrdi. Amma onların çoxdan seçkisi olmayıb. Bilirsiniz, onlar demokratiyadan danışırlar, amma iş elə bir vəziyyətə çatır ki, bu artıq demokratiya deyil”, deyə Tramp vurğulayıb.
Bundan əvvəl Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün əsas şərti səsləndirmişdi. Onun sözlərinə görə, əgər atəşkəs olsa, seçkilər keçirməyə hazırdırlar: "Biz hazırıq. Əgər atəşkəs olarsa, hətta bu Konstitusiyamıza görə çətin olsa belə".
Ukrayna Ali Radasının millət vəkili, milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü Fedor Venislavski seçkilərin hansı şərtlərdə keçirilə biləcəyini izah edib. O qeyd edib ki, hazırda Ukraynada hərbi vəziyyət hüquqi rejimi qüvvədədir və bu müddətdə seçkilərin keçirilməsi qadağandır. Lakin vəziyyət prezidentin həmin hüquqi rejimin ləğvi barədə sərəncamı və parlamentin dəstəyi ilə dəyişə bilər.
Mərkəzi Seçki Komissiyasının rəhbəri Oleq Didenkonun fikrincə, hərbi vəziyyət bitdikdən sonra seçkilərə hazırlıq üçün qanunvericilikdə nəzərdə tutulduğundan daha uzun müddət lazımdır. Bu isə o deməkdir ki, ya hərbi vəziyyət dövründə, ya da onun bitməsindən sonra seçki qanununun dəyişdirilməsi qaçılmaz olacaq
Qlobal.az