SON XƏBƏR
  • Prezident Xankəndiyə səfər etdi, sakinlərlə görüşdüAzərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Bulud” hotelinin açılışında iştirak edib. Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin ..
  • "Qazaxlı Alik"in oğluna hökm oxunduHədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevaya hökm oxunub. Qlobal.az unikal-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dad..
  • Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir...Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir - 7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək... Azərbaycanın ən tanınmış içməli su markalarından olan "Gədəbəy" və "Slavyanka"..
  • Ağalar Vəliyev qiymətləri qiymətləri bahalaşdırır - Mənzil sahibləri təlaşdaSon illər Bakının mənzil bazarında baş verən qiymət artımı, xüsusilə özünü yeni tikililərin qiymətində – ilkin bazarda göstərməkdədir. FED.az xəbər verir ki, bahalaşma daşınmaz əmlak bazarının bütü..
  • Temperatur mənfi 3 dərəcəyə düşəcəkFevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havan..
  • Fuad Nağıyev özünə daha bir müşavir axtarırDövlət Turizm Agentliyində (DTA) yeni vəzifə olaraq sədrin müşaviri vəzifəsi vakansiyaya çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzi də inzibati vəzifənin tutulm..
  • Xankəndidə Zəfər parkının təməli qoyulduAzərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. ..
  • Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdüAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Bu barədə Qlobal.az ..
  • Ceyhun Cəfərov azadlığa çıxdıKürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş icra başçısı Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, son bir ilini məntəqə tipli cəzaçəkmə müə..
  • Bakıda Azərbaycanın sədrliyi ilə APA-nın 15-ci plenar sessiyası işinə başladıBakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb. "Report" xəbər verir ki, tədbir "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlam..

Tramp və Si Cinpin arasında telefon danışığı olub

Yanvar 18
02:05 2025
Çin Prezidenti Si Cinpin və ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

"Report” xəbər verir ki, bu barədə "Sinhua” agentliyi məlumat yayıb.

Tramp özünün "Truth Social” sosial şəbəkəsində telefon danışığının çox yaxşı keçdiyini söyləyib və Vaşinqton ilə Pekinin yaxın gələcəkdə bir çox problemləri birgə həll edəcəklərinə ümid etdiyini bildirib.

ABŞ-nin yeni seçilmiş prezidenti ticarət balansı, "TikTok” və bir çox başqa mövzuları müzakirə etdiklərini söyləyib. Tramp vurğulayıb ki, o, Si Cinpinlə birlikdə dünyanı daha təhlükəsiz yerə çevirmək üçün mümkün olan hər şeyi edəcək.

Si Cinpin və Tramp həmçinin əsas məsələlər üzrə müntəzəm təmaslar üçün strateji kommunikasiya kanalı yaratmaq barədə razılığa gəliblər. Ölkə liderləri Ukrayna və Yaxın Şərqdəki hərbi münaqişələri də müzakirə ediblər.

Bu telefon danışığı ABŞ-nin yeni seçilmiş prezidentinin yanvarın 20-də baş tutacaq andiçmə mərasimindən bir neçə gün əvvəl baş tutub. KİV-in məlumatına görə, bu, siyasətçilər arasında 2021-ci ildən bəri ilk telefon danışığıdır.

Xatırladaq ki, Tramp seçki kampaniyası zamanı Çindən idxal olunan mallara 60 faizlik gömrük rüsumunun tətbiqini təklif edib. İlk prezidentlik dövründə (2017-2021) o, Çinin xeyrinə olan güclü ticarət balanssızlığı səbəbindən faktiki olaraq Çinlə ticarət müharibəsi başlatmışdı. Həmin vaxt Tramp administrasiyası Pekinə təzyiqin hərtərəfli sərtləşdirilməsi və Çinin hər tərəfdən qarşısının alınması kursu ilə hərəkət edirdi. Nəticədə Vaşinqton 370 milyard dollar dəyərində Çin mallarına gömrük rüsumları tətbiq etmişdi, lakin bu, balanssızlığı aradan qaldırmamışdı. Tramp həmçinin Çinin texnologiya şirkətlərinə, o cümlədən "Huawei”yə təzyiqi əhəmiyyətli dərəcədə artırmışdı.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook