SON XƏBƏR

Trampdan neftlə bağlı kritik qərar

Yanvar 25
01:15 2017
ABŞ Prezidenti Donald Tramp Şimali Dakota və Keystoundan keçən neft boru kəmərləri ilə bağlı fərman imzalayıb.
 
Axar.az xəbər verir ki, seçki kampaniyası zamanı ABŞ-da enerji inqilabı reallaşdıracağını vəd edən Tramp Ağ Evdə keçirilən mətbuat konfransında iki boru kəmərinin tamamlaması ilə bağlı uzun müddətdir gözlənilən qərarı təsdiqləyib.
 
Qeyd edək ki, Kanadadan ABŞ-ın cənubundakı neft emalı zavodlarına xam neft tədarükünü planlaşdıran və təxminən 8 milyard dollara başa gələn Keystoun XL boru kəməri keçmiş prezident Barak Obama tərəfindən 6 il təxirə salınmışdı. ABŞ Konqresinin təsdiq etməsinə baxmayaraq, Obama layihəyə üç dəfə veto qoymuşdu.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook