SON XƏBƏR

Trampın göydələnləri yaxınlığında etiraz aksiyası keçirən 13 qadın saxlanılıb

Mart 09
08:43 2017
ABŞ-ın hüquq-mühafizə orqanlarının əməkdaşları qadınların hüquqlarının müdafiəsi ilə bağlı nümayişlərin 13 iştirakçısını saxlayıb.
 
"Report" "CNN"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın meqapolis polis idarəsinin nümayəndələri bildiriblər. Aksiyalar prezident Donald Trampın Nyu-Yorkun mərkəzindəki Manhettendəki biznes-imperiyasının iqamətgahı, həmçinin onun adını daşıyan otelin binası yaxınlığında keçirilib.
 
Nümayişlər 8 Mart Beynəlxalq Qadınlar gününə həsr edilib. "Günsüz qadın" ("Day Without a Woman" - "Report") adını almış etiraz aksiyalarının iştirakçıları vurğulayıblar ki, indiyədək ABŞ-da cinslərin tam hüquq bərabərliyi əldə olunmayıb.
 
Polis nümayəndələri isə bildiriblər ki, hələlik saxlanılanlara qarşı ittihamlar irəli sürülməyib. Analoji aksiyalar həmçinin Amerikanın bir çox şəhərlərində, o cümlədən paytaxtda da keçirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook