Trampla Putin İran və Ukraynanı müzakirə etdilər
Mart 10
01:59
2026
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
"Report" xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Bu, Putin və Tramp arasında iki aydan çox müddətdə ilk söhbətdir və ABŞ ilə İsrailin İrana hücumundan bəri ilk məlum təmasıdır.
"Təxminən bir saat davam edən söhbət Amerika prezidentinin təşəbbüsü ilə baş tutub. Liderlər İrandakı vəziyyətlə bağlı məzmunlu və faydalı fikir mübadiləsi aparıblar. Söhbət işgüzar, səmimi və konstruktiv olub", - deyə Uşakov bildirib.
O əlavə edib ki, Putin Trampla söhbətində İrandakı münaqişənin tez bir zamanda siyasi və diplomatik yolla həllinə yönəlmiş bir sıra mülahizələri dilə gətirib, ABŞ-ın və şəxsən Amerika liderinin Ukraynadakı vəziyyətin həllində vasitəçilik səylərini yüksək qiymətləndirib.



